Batuminin Tabidze küçəsində bir nəfər xəsarət alıb

82

Hüquq-mühafizə orqanlarının əməkdaşları Batuminin Tabidze küçəsində səfərbər olunub. Mövcud məlumata görə, hadisə yerində atışma olub,  nəticədə bir nəfər yaralanıb.

Orta yaşlı kişi axtarışda olarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

Yerli sakinlərin  verdiyi məlumata görə, kişilər arasında insident məişət münaqişəsi zəminində baş verib.

Tabidze küçəsi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bağlanıb, küçədə hərəkət məhdudlaşdırılıb. Hadisə yerində məhkəmə-tibb ekspertləri də işləyir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 19 – 108 və 236-cı maddələri ilə araşdırma aparılır.

 

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Pilot uçuş zamanı huşunu itirib, təyyarə təcili eniş edib
Öncəki yazı
Türkiyədə sərnişin avtobusu dərəyə düşüb – ölən var