Another advertisement
Gürcüstanın Daxili İşlər Nazirliyi Batumidə dəniz sahilinə paraşütün düşməsi, bir turistin ölməsi, digərinin isə yaralanması ilə bağlı “Cinayət Məcəlləsi”nin 275-ci maddəsi ilə araşdırmaya başlayıb.
Qafqazturk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alan və Batumi Respublika Xəstəxanasına yerləşdirilən şəxsə gəlincə, həkimlərin verdiyi məlumata görə, o, müayinədə və nəzarətdədir.
Ölən turistin nəşi isə məhkəmə-tibb bürosuna təhvil verilib.
Məlumat üçün bildirək ki, Batumidə turist ər və arvadın olduğu paraşüt düşüb, qadın yerindəcə dünyasını dəyişib.