This is a specific ad

Batumidə təcili yardım maşını aşıb

15

Another advertisement

Batumidə gecə saatlarında yol qəzası baş verib.

QafqazTürk.com xəbər verir ki, hadisəyə minik avtomobili ilə təcili yardım maşınının toqquşması səbəb olub.

Nəticədə təcili tibbi yardım maşını aşıb və 3 nəfər yaralanıb.

Hadisə şahidləri deyir ki, onlar müxtəlif növ sınıqlar almış təcili yardım işçiləridir.

Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsi ilə istintaq başladılıb.

Sözügedən maddəə 3 ilədək müddətə vəzifə tutma və ya işləmək hüququndan məhrum edilməklə cərimə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı və ya azadlıqdan məhrumetməni nəzərdə tutur.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Gürcüstanda hansı xidmətlər bahalaşıb?
Öncəki yazı
Türkiyədən Azərbaycana 250 milyonluq jest – Ərdoğan imzaladı