Batumidə Əlillərin Müstəqil Həyat Günü qeyd edilib.
QafqazTürk.com xəbər verir ki, yürüşün təşkilatçıları “Bərabər hüquqlar naminə dəyişikliklər” və “Müstəqil yaşamaq üçün koalisiya” qeyri-hökumət təşkilatları olub.
Əlillər və qeyri-hökumət təşkilatlarının nümayəndələri Batumi Mərkəzi Parkından Avropa Meydanına qədər yürüş təşkil ediblər.
Onlar bildiriblər ki, əlillər üçün mükəmməl xidmət, təhsilə çıxış, onların məşğulluğu və uyğunlaşmamış mühit hələ də problem olaraq qalır.
Eyni zamanda Avropa meydanına toplaşan insanlar müxtəlif əyləncə tədbirləri təşkil ediblər. Toplananlar simvolik olaraq Avropa İttifaqının və Gürcüstanın bayraqlarını nümayiş etdiriblər.
Tədbir Avropa İttifaqının “Gürcüstanda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə öhdəliklərin həyata keçirilməsi üçün əlaqələndirilmiş vətəndaş cəmiyyəti vəkilliyi” layihəsi çərçivəsində baş tutub.