This is a specific ad

Batumidə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim edilib

8

Another advertisement

Oktyabrın 2-də Acarıstan Muxtar Respublikasının Batumi Musiqi Mərkəzində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın milli muğamı gecəsi” adlı konsert keçirilib.

Konsert Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə 10-cu “Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalı” çərçivəsində reallaşıb.

Tədbirin açılış mərasimində çıxış edən Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalının təsisçisi və təşkilatçısı, Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri, UNESCO-nun “Sülh uğrunda artisti” Elisso Bolkvadze deyib ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu konsert çox mühüm tarixi əhəmiyyətə malikdir. Ona görə ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan ilə Gürcüstan arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynayıb.

Gürcü xalqının yaxın dostu olan Heydər Əliyevin xatirəsi qəlblərdə əsrlər boyu yaşayacaq.Acarıstan hökumətinin rəhbəri Tornike Rijvadze çıxışında bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanı fəlakətlərdən qurtarıb inkişaf yoluna çıxararaq dünyanın aparıcı dövlətləri sırasına çıxaran fenomen şəxsiyyət Heydər Əliyev Gürcüstan və ümumilikdə Qafqaz xalqları üçün də çoxlu işlər görüb.

Ona görə də deyə bilərəm ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Batumidə belə bir konsertin təşkili bizim üçün qürurvericidir.

Bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Qaribşvilinin səyləri nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
4 oktyabr tarixinə olan rəsmi valyuta məzənnəsi açıqlandı
Öncəki yazı
Marneuli bələdiyyəsi “Çəhrayı Oktyabr” ayına qoşulub