Another advertisement
Ölkəmizin keçmiş Baş naziri, müxalif “Gürcüstan naminə” partiyasının lideri Qiorqi Qaxariya hücuma məruz qalıb.
Qafqaz Türk Media xəbər verir ki, bu barədə məlumatı partiya öz “X” hesabında paylaşıb.
Bildirilib ki, hadisə gecə saatlarında Batumidə qeydə alınıb.
İnsident nəticəsində Qaxariyanın burnunun sındığı iddia edilir.
Belə ki, o, Batumidə Respublika Xəstəxanasına aparılıb, müayinədən sonra klinikanı tərk edib.
Daxili İşlər Nazirliyi insidentlə bağlı cinayət işi başladıb.