Another advertisement
Batumi Sakrebulo görüşündə səs-küy yaşanıb. “Gürcü arzusu”nun üzvləri ilə müxalifət bir-biri ilə qarşı-qarşıya gəlib.
QafqazTürk.com xəbər verir ki, tərəflər arasında mübahisəyə gizli telefon danışıqları məsələsi səbəb olub. O cümlədən, müxalifət nümayəndələri iddia edirlər ki, iqtidar komandasının göstərişi ilə xarici təsirin şəffaflığı ilə bağlı qanunun əleyhdarları, uşaqları, tələbələri çağırıb şantaj edirlər.
Bundan sonra mübahisə yaranıb, fiziki qarşıdurma cəhdi də olub və Sakrebulonun üzvləri bunu təsirsiz hala salıblar.
Digər tərəfdən, “Gürcü Arzusu” üzvləri “Axali” partiyasının nümayəndələrinə qarşı təhqiramiz ifadələr işlədib, onları yalan danışmaqda ittiham ediblər.