Another advertisement
Başın sağ olsun, Azərbaycan!
Azərbaycanın Tovuz rayonunda baş vermis ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanlar barədə acı xəbər hamımızı dərindən sarsıtdı.
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, həlak olan mülki şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara uca Allahdan şəfalar diləyirik!
Həlak olanlar arasında beş nəfər hərbçi ilə bağlı isə Azərbaycan Müdafiə Nazirliyinə, hərbçilərin ailələrinə və hərbi xidmət yoldaşlarına üzüntülərimizi və bu acını bölüşmək istəklərimizi çatdırırıq.
Allah səbir versin.
Başın sağ olsun, Azərbaycan!