Baş prokuror və Azərbaycanın Gürcüstandakı səfiri arasında görüş baş tutub

30

Cari ilin 20 avqust tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev ölkəmizin  Baş prokuroru Qiorqi Qvarakidze ilə görüşmüşdür.

Görüş zamanı, strateji tərəfdaşlar olan  Gürcüstan və Azərbaycan Respublikası arasında müvafiq sahə üzrə əməkdaşlıq münasibətləri müzakirə edilmiş, hər iki ölkənin aidiyyəti qurumları arasında mövcud olan təmasların əhəmiyyəti qeyd olunmuşdur.

Səfir F.Quliyev görüş üçün yaradılmış fürsətə görə Baş prokuror Q.Qvarakidzeyə təşəkkürünü bildirmiş və bu vəzifəyə seçilməsi münasibətilə həmsöhbətinə gələcək fəaliyyətində uğurlar arzu etmişdir.

Gürcüstan və Azərbaycan arasında müvafiq sahə üzrə mövcud olan əməkdaşlıq əlaqələri barədə Baş prokuror Q.Qvarakidzeyə məlumat verən diplomat, Azərbaycan Respublikasının bu istiqamət üzrə fəaliyyətin genişləndirilməsində maraqlı olduğunu söyləmişdir.

Öz növbəsində Baş prokuror Q.Qvarakidze, iki ölkənin Baş Prokurorluqları arasında mövcud olan əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bildirmiş, birgə təşəbbüslərin icra olunması istiqamətində müvafiq addımların atılmasına hazır olduqlarını söyləmişdir.

Görüş çərçivəsində tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparmışdır.

 

 

 

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
22 avqust tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib