Another advertisement
Güclü qar nəticəsində əhaliyə dəymiş ziyanı xüsusi komissiya öyrənəcək.
Bbu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze müvafiq qərar qəbul edib.
Hökumət administrasiyasının mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, komissiya güclü qarın vurduğu ziyanı ətraflı öyrənəcək, bundan sonra müvafiq qərarlar qəbul ediləcək.
“Güclü qar yağışı nəticəsində dağılmış evləri dövlət bərpa edəcək, evi təmir oluna bilməyən vətəndaşları alternativ mənzillə təmin edəcək. Zədələnmiş dam örtüklərinin təmirinə və xırda infrastruktur işlərinə dərhal başlanacaq və qısa müddət ərzində başa çatdırılacaq”, – məlumatda deyilir.