This is a specific ad

Baş naziri tərcüməçini Olaf Şoltsun sözlərini təhrif etməkdə ittiham edib

45

Another advertisement

Baş nazir İrakli Kobaxidze brifinq zamanı sinxron tərcüməçini Almaniya kansleri Olaf Şoltsun Gürcüstanın xarici agentlər haqqında qanun layihəsi barədə danışarkən sözlərini qəsdən təhrif etməkdə ittiham edib.

QafqazTürk.com xəbər verir ki, Kobaxidze və Şolts ikitərəfli görüşdən sonra Berlində birgə mətbuat konfransı keçiriblər. Şolts Gürcüstan hakimiyyətinin təşəbbüsü ilə irəli sürülmüş “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi haqqında danışarkən, alman dilindən gürcü dilinə tərcümə edən Zaal Andronikaşvili Almaniyanın agentlər haqqında qanuna tənqidi yanaşdığı barədə ifadə işlədib. Kobaxidzenin sözlərinə görə, Şolts əslində “agent” sözünü işlətməyib.

Tərcümə səhvi  qalmaqala səbəb olub.

Baş nazir tərcüməçinin əməllərinə görə cavab verəcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, tərcüməçi radikal müxalifət partiyalarından birinin nümayəndəsidir.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Kriminal avtoritet adından istifadə edərək vətəndaşlardan onları öldürməklə hədələyərək 100 min dollar istəyən şəxs saxlanılıb
Öncəki yazı
Saraclı sakini meşədə ölü tapıldı