This is a specific ad

Baş nazirdən çoxuşaqlı evsiz ailələrə ŞAD XƏBƏR

46

Another advertisement

9 aprel iştirakçılarının, siyasi repressiyaya məruz qalan şəxslərin ailə üzvlərinin aylıq təsərrüfat subsidiyaları artırılacaq. Bu, ümumilikdə bir neçə milyon lari təşkil edir”.

QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.

Baş nazirin sözlərinə görə, gələn ildən yeni proqrama start veriləcək ki, bu proqram çərçivəsində çoxuşaqlı evsiz ailələr mərhələli şəkildə mənzillə təmin olunacaqlar.

“Həmçinin gələn ildən biz yeni proqrama başlayacağıq ki, bununla çoxuşaqlı evsiz ailələri mərhələli şəkildə mənzillə təmin edəcəyik. Rayondakı vəziyyəti, üç və daha çox uşağı olanların, evsiz və ya dözülməz vəziyyətdə olanların, belə demək mümkünsə, sakinlərin vəziyyətini öyrəndik, onların vəziyyətini qiymətləndirdik. 1000-ə yaxın üç və daha çox uşağı olan, yoxsul və sosial cəhətdən həssas ailələr var.
Ona görə də belə qərara gəldik ki, 1000-ə qədər belə ailəyə mənzil alacağıq və onlar layiqli həyat şəraitində yaşayacaqlar. Bu, ən çoxu iki illik proqram olacaq. 2024-2025-ci illərin hər birində 25 milyon lari olmaqla ümumilikdə təxminən 50 milyon lari xərclənəcək”, – deyə baş nazir bildirib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Tbilisidə Zəfər Günü və Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar konsert keçiriləcək
Öncəki yazı
4-6 noyabrda gözlənilən hava şəraiti – PROQNOZ