Baş Nazirdən Böyük Təhsil Dəyişikliyi: İslahatlar 1 ilə həyata keçir”

50

“Gürcü Arzusu” partiyasının baş naziri İrakli Kobaxidze bildirib ki, onun təşəbbüsü ilə elan olunan təhsil islahatının birinci mərhələsi növbəti 1 il ərzində həyata keçiriləcək.

QafqazTürk Media xəbər verir ki, bu barədə o, “Imedi”yə verdiyi müsahibədə danışıb.

“Bizim məqsədimiz odur ki, Gürcüstanda tələbələrə eyni keyfiyyətli ali təhsil təqdim edilsin, hansı ki, onlar bu gün digər ölkələrdə alırlar. Planın birinci hissəsi artıq 1 il ərzində yerinə yetiriləcək”, – deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, 1 ildən sonra hökumət islahatın ikinci mərhələsinə keçməyə hazır olacaq ki, bu da müxtəlif komponentlər nəzərə alınmaqla, təxminən 3–4 il tələb edəcək.

“Növbəti tədris ilindən artıq hazır olacağıq ki, ikinci mərhələyə keçək. Konsepsiyanın tam icrası, infrastrukturu və müxtəlif komponentləri ilə birlikdə, təxminən 3–4 il vaxt tələb edəcək”, – deyə baş nazir əlavə edib.


Xatırladaq ki, 16 oktyabr tarixində “Gürcü Arzusu” partiyasının baş naziri İrakli Kobaxidze təhsil sahəsində əsaslı dəyişiklikləri elan edib.

Kobaxidze partiyanın ali təhsil sistemində atacağı addımları müasir standartlarla uzlaşan “prinspial addımlar” kimi əsaslandırıb.

Xüsusilə, “Gürcü Arzusu” partiyası ali təhsildə “bir şəhər – bir fakültə” prinsipini tətbiq etməyi planlaşdırır. Kobaxidze izah edib ki, bu o deməkdir ki, məsələn, Tbilisidə yalnız bir dövlət universitetində bir fakültə fəaliyyət göstərəcək. Onun sözlərinə görə, bu, fakültələrin yenidən təşkili və universitetlər arasında bölüşdürülməsinə səbəb olacaq.

Bundan əlavə, partiya dövlət universitetlərinə xarici tələbələrin qəbulu məsələsini qanunla tənzimləməyi planlaşdırır.

Kobaxidze qeyd edib ki, dövlət universitetləri tamamilə dövlət tapşırıqlarına yönəlməlidir və xarici tələbələr yalnız qanunla müəyyən edilmiş ciddi istisna hallarda qəbul olunmalıdır.

Bundan başqa, istisna olan ixtisaslar xaricində, partiya 3+1 sistemini tətbiq etməyi nəzərdə tutur – 3 il bakalavriat, 1 il isə magistratura üçün ayrılacaq.

Eyni zamanda, Kobaxidze bildirib ki, 12 illik təhsil ləğv ediləcək və bəzi məktəblər 11 illik tədris proqramına keçəcək.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Papuaşvili : Almaniyanın səfiri Piter Fişerin məsləhətləşmələr üçün geri çağırılması iki ölkə arasında münasibətlərin “yenidən düzəlməsinə” siqnalıdır.
Öncəki yazı
“Gaxaria – Gürcüstan Naminə ” partiyası boykota son qoyur və parlamentə daxil olur – ƏTRAFLI