This is a specific ad

Baş nazir xarici qurumları Gürcüstan cəmiyyətində anti-Avropa əhval-ruhiyyəsinə səbəb olan zorakı və əsassız etirazları təşviq etməyi dayandırmağa çağırıb

71

Another advertisement

Baş nazir İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi mətbuat konfransında bildirib ki, Gürcüstan güclü təsisatları olan, ardıcıl olaraq Avropaya inteqrasiya yolu ilə gedən dövlətdir.

QafqazTürk Media xəbər verir ki, hökumət başçısı xarici qurumları Gürcüstan cəmiyyətində anti-Avropa əhval-ruhiyyəsinə səbəb olan zorakı və əsassız etirazları təşviq etməyi dayandırmağa çağırıb.

“Narahatedicidir ki, bu günə kimi heç bir xarici qurumdan etirazın dinc şəkildə ifadə olunması ilə bağlı çağırış eşitməmişik. Üstəlik, bəzi xarici subyektlər hətta zorakı aksiyanı dinc aksiya adlandırırlar. Bununla da zorakılığı pisləyib, ondan uzaqlaşmırlar, əksinə, onu tərifləyirlər. Bundan başqa, onlar Daxili İşlər Nazirliyini zorakılığa reaksiya verməməyə, bununla da Gürcüstanın ukraynalaşdırılmasını təbliğ etmək niyyətlərini açıq şəkildə ortaya qoyurlar. Sonda hər kəsə bir daha xatırlatmaq istərdim ki, Gürcüstan güclü institutlara malik bir dövlətdir. Oktyabrın 26-da keçirilən seçkilərdə bizə qəti etimad göstərmiş Gürcüstan cəmiyyətinə söz verirəm ki, Gürcüstanda sülhü və sabitliyi heç kim sarsıtmayacaq və süni maneələrə baxmayaraq, Gürcüstan inadla Avropaya inteqrasiya istiqamətində irəliləyəcək”-baş nazir bildirib.

Sonrakı yazı
Tbilisi meriyasının 130-a yaxın əməkdaşı “Gürcü arzusu”nun Aİ-yə üzvlük prosesini dayandırması ilə razılaşmır
Öncəki yazı
“Dünən Avropa İttifaqının inteqrasiya prosesini dayandırdığını iddia edən Avropa İttifaqının səfiri bu gün Avropaya inteqrasiya prosesinin Gürcüstan tərəfindən dayandırıldığını iddia edir”-İrakli Kobaxidze