This is a specific ad

Baş nazir: “Statusun Gürcüstana deyil, Moldovaya, Ukraynaya və Bosniya-Herseqovinaya verilməsi hər şeyi aydınlaşdırır”

70

Another advertisement

“Gürcüstana deyil, Moldovaya, Ukraynaya və Bosniya-Hersoqovina statusun verilməsi hər şeyi aydınlaşdırır”.

QafqazTürk.com xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan hazırda status altında olan ölkələri qabaqlayır.

“Avropa ölkələri bizə qarşı çox açıq şəkildə çıxış etdilər və bizi açıq şəkildə dəstəklədilər ki, keçən il edilən səhv təkrarlana bilməz. Üstəlik, Gürcüstan islahatların inkişafı baxımından həqiqətən də bariz nümunədir. Bir daha demək istəmirəm ki, ölkə bu gün status altında olan ölkələri qabaqlayır. Üstəlik, bir çox istiqamətlərdə nailiyyətlərimizlə hətta Aİ üzvlərini də qabaqlayırıq. Ona görə də bu barədə daha spekulyasiya etmək istəmirəm.

Yenə də təkrar edirəm -Gürcüstana deyildə, Moldova, Ukraynaya, Bosniya və Herseqovinaya status verilməsi hər şeyi deyir. Performansımızı, yəni bizim nailiyyətlərimizi, hansısa sahədəki performansımızı, bu sadalanan ölkələrin istənilən sahədəki göstəricilərini götürün və ölkəmizi bu ölkələrlə müqayisə edin.

Siyasi nöqteyi-nəzərdən bu, təbii ki, haqlı siyasi qərar olmalıdır. Ona görə deyirəm və təkrar edirəm – bəli, bu, siyasi qərardır”, – deyə Qaribaşvili bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Konstitusiya Məhkəməsində Salome Zurabişvilinin impiçmenti ilə bağlı təqdimatlara baxılması başa çatıb
Öncəki yazı
საქართველოს პრეზიდენტის სალომე ზურაბიშვილის იმპიჩმენტის საკითხი საკონსტიტუციო სასამართლოში – დასკვნითი მოსმენა