• 24 Fevral 2025 15:04

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Baş nazir Qazaxıstana rəsmi səfər edib

ByNiyazi Yusubov

Fev 5, 2025
Another advertisement

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstan Respublikasına rəsmi səfərə gedib.

Rəsmi səfər çərçivəsində fevralın 5-6-da Gürcüstanın baş naziri Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov ilə təkbətək və geniş tərkibdə görüşəcək. İrakli Kobaxidzeni Prezident sarayında Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qəbul edəcək.

Gürcüstanın Baş naziri Qazaxıstan Respublikasına baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri, elm və təhsil naziri Aleksandre Davitze və s. nümayəndə heyəti ilə səfər edib.