This is a specific ad

Baş Nazir: Ölkəyə miqrantların qayıdışı üç-dörd ildən sonra başlayacaq

238

Another advertisement

Gürcüstana miqrantların qayıdışı təxminən üç-dörd ildən sonra başlayacaq.

QafqazTürk Media xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze bildirib.

“Əminəm ki, bir neçə ildən sonra Gürcüstana miqrantların fəal qayıdış prosesi başlayacaq. Bunun əsas açarı iqtisadiyyatın inkişafıdır. Miqrantların vətənə qayıtması əsas prioritetlərdən biridir və bu tapşırığın yerinə yetirilməsi ciddi çətinliklərlə müşayiət olunur”, – Kobaxidze bildirib.

Gürcüstan Statistika Komitəsinin məlumatına görə, son 10 ildə ölkədən 779,2 min insan çıxıb, 534,3 min insan isə geri qayıdıb.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Tbilisinin mərkəzi prospektlərində qeyri-adi reklam lövhələri yerləşdirilib
Öncəki yazı
Məişət texnikasının satış qaydalarında dəyişiklik olacaq