Baş nazir müxalifətə seçkilərlə bağlı çağırış edib

369

Another advertisement

“Ölkədə keçirilən parlament seçkilərində ciddi pozuntuları göstərən faktlar yoxdur”.

QafqazTürk Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, müxalifətin saxtalaşdırmanın olmadığını bəyan etməkdən başqa yolu yoxdur.

Məlumat üçün bildirək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının açıqladığı yekun nəticəyə əsasən “Gürcü Arzusu” 54,24% səs toplayıb. Hakim partiyanı 1 087 801 seçici dəstəkləyib.Dörd qərbyönümlü müxalifət koalisiyası isə ümumilikdə 37,33% səs toplaya bilib.

Sonrakı yazı
ვალუტის კურსი შეიცვალა! – ნახეთ, რამდენ ლარად შეიძენთ დოლარს და ევროს
Öncəki yazı
Cari ilin 9 ayında 41 valyutadəyişmə məntəqəsi bağlanıb