Baş nazir İrakli Kobaxidzenin Macarıstana rəsmi səfəri başlayır

38

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Macarıstana iki günlük rəsmi səfəri başlayır. Hökumət administrasiyasının məlumatına görə, bu gün Macarıstanın baş nazirinin sarayında İrakli Kobaxidzenin rəsmi qarşılanma mərasimi keçiriləcək.

İki ölkənin hökumət başçısının təkbətək və geniş tərkibdə görüşü nəzərdə tutulub.

Bundan əlavə, İrakli Kobaxidze rəsmi səfəri çərçivəsində Budapeştdə Gürcüstan-Macarıstan Hökumətlərarası Komissiyasının ikinci iclasında iştirak edəcək. Kənd təsərrüfatı, enerji, mədəniyyət və innovasiyalar, o cümlədən idman sahələrində əməkdaşlığa dair sazişlər imzalanacaq.

Hökumətlərarası Komissiyanın iclasından sonra İrakli Kobaxidze və Viktor Orbanın birgə mətbuat konfransı planlaşdırılır.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Sinoptiklərdən əhaliyə xəbərdarlıq
Öncəki yazı
Bu dərmanları acqarına qəbul etmək olmaz