Baş nazir İrakli Kobaxidze, Gürcüstanın İndoneziyada yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasında (ASEAN) Gürcüstanın nümayəndəsi olan Tornike Nozadze ilə görüş keçirib.
Baş nazir diplomatı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Tornike Nozadze 2024-cü ildən etibarən bu vəzifələri icra edir. Onun dövlət sektorunda uzunillik iş təcrübəsi var. O, 2019–2022-ci illərdə Gürcüstanın Finlandiyadakı müvəqqəti işlər vəkili, 2018–2019-cu illərdə isə Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar Departamentinin rəhbəri olub.