Baş nazir İrakli Kobaxidze və Türkiyənin ticarət naziri Ömər Bolat Baş nazir İrakli Kobaxidze və Türkiyənin ticarət naziri Ömər Bolat arasında görüş baş tutub

63

Baş nazir İrakli Kobaxidze və Türkiyənin ticarət naziri Ömər Bolat arasında görüş baş tutub.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Tbilisidə keçirilən Gürcüstan-Türkiyə Biznes Forumu çərçivəsində Türkiyə Respublikasının ticarət naziri Ömər Bolatı qəbul edib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyəti xüsusi olaraq vurğulanıb və siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin müsbət inkişaf dinamikası qeyd olunub.

Tərəflər həmçinin regional əhəmiyyətli birgə layihələr və ticarət dövriyyəsinin artım tendensiyası barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyi də ön plana çəkilib. Baş nazir Kobaxidze Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsinə dialoq və əməkdaşlıq yolu ilə töhfə verməyə hazır olduğunu bir daha bəyan edib.

Baş nazir Türkiyə nümayəndə heyətini 22-23 oktyabr tarixlərində Tbilisidə keçiriləcək İpək Yolu 5-ci Forumuna dəvət edib.

Görüşdə həmçinin Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirikaşvili, maliyyə naziri Laşa Xuçişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak ediblər.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var
Öncəki yazı
17 iyul tarixinə olan valyuta məzənnəsi məlumdur