Baş nazir İrakli Kobaxidze dövlət ali təhsil müəssisələrinin rektorları ilə təhsil sisteminin islahat konsepsiyasını müzakirə edib.
Hökumət rəhbəri konsepsiyanın ali təhsilin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsini hədəfləyən istiqamətləri ətraflı izah edib.
Müzakirələr çərçivəsində universitetlərdə fakültələrin bölünməsi, regional universitetlərin inkişafının zəruriliyi və təhsil sisteminin dekonsertasiyası məsələləri də diqqətə alınıb.
Baş nazir rektorların və müəllim-professor heyətinin baxışlarının və tövsiyələrinin islahatın tam həyata keçirilməsi üçün vacib olduğunu vurğulayıb və oxşar görüşlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Müzakirələr nəticəsində təhsil islahatının konsepsiyası yekunlaşdırılacaq və hökumət tərəfindən təsdiqlənəcək.
Baş nazir və universitet rektorları ilə görüş sual-cavab formatında keçirilib. Rektorlar hökumət rəhbərindən onları maraqlandıran suallara cavab alıblar.
Görüşdə Təhsil, Elm və Gənclər naziri Qivi Mikanadze, nazir müavini Zviad Qabisoniya, Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani və ali təhsil islahatları üzrə hökumət komissiyasının katibi Levan İzoriya iştirak ediblər.



