Baş nazir İrakli Kobaxidze ölkədə rəsmi səfərdə olan Türkiyənin səhiyyə naziri Kamal Məmişoğlu ilə görüş keçirib.
Hökumət administrasiyasının məlumatına görə, görüşdə Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlıq, xüsusilə də səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, səhiyyə sahəsində sıx əməkdaşlıq iki ölkə vətəndaşlarının keyfiyyətli tibbi xidmətlərə çıxışını yaxşılaşdırmaqla yanaşı, dərman təminatında da əhəmiyyətli nəticələr verib.
Tərəflər uşaq onkologiyası xidmətlərinin gücləndirilməsində Türkiyə klinikaları ilə səmərəli əməkdaşlığın xüsusi rolunu vurğulayıblar. Baş nazir Kobaxidze, Gürcüstanın səhiyyə sektoruna göstərdiyi dəstəyə görə Türkiyə tərəfinə təşəkkür edib və iki ölkə arasında səhiyyə sahəsində memorandumun imzalanmasının tərəfdaşlığın daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Görüşdə həmçinin məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixail Sarjveladze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak ediblər.