Baş nazir İrakli Kobaxidze Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ilə görüşüb

134

Baş nazir İrakli Kobaxidze Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ilə görüşüb.

Görüşdə Gürcüstan və Türkiyə arasında mövcud olan dostluq münasibətləri və strateji tərəfdaşlıq müzakirə olunub. Gürcüstanın Daxili İşlər Nazirliyi ilə Türkiyənin hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq xüsusi olaraq vurğulanıb.

Tərəflər regionda gedən prosesləri, həmçinin Gürcüstan və Türkiyənin sabitlik və sülhün təşviqində rolunu müzakirə ediblər.

Baş nazir Türkiyənin daxili işlər nazirinə Gürcüstana səfərinə görə təşəkkür edib və qeyd edib ki, bu cür yüksək səviyyəli görüşlər ölkələr arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir.

Görüşdə Gürcüstanın daxili işlər naziri Qela Qeladze də iştirak edib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Milli Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edir
Öncəki yazı
MSK seçici siyahısının formalaşdığını açıqlayıb