Baş nazir İrakli Kobaxidze Tbilisi meri Kaxa Kaladzenin təqdimatına münasibət bildirib.b
Tbilisi meri Kaxa Kaladzenin mədəniyyət, təhsil, idman və gənclər siyasəti ilə bağlı məruzəsindən sonra Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, paytaxtda bu sahələr üzrə çox iş görülüb və təqdimat təsirli olub.
Baş nazirin sözlərinə görə, həm infrastrukturun tikintisi və bərpası, həm də əhalinin gündəlik həyatına təsir edən layihələr həyata keçirilib.
“Bugünkü təqdimat bir daha göstərdi ki, Kaxa Kaladze istənilən Avropa paytaxtının arzulayacağı merdir. Gələcək 4 ildə də onun rəhbərliyi ilə Tbilisi daha da inkişaf edəcək və müvafiq proqram təqdim olunacaq”, – Kobaxidze qeyd edib.
Tədbirdə parlamentin sədri Şalva Papuaşvili və Nazirlər Kabinetinin üzvləri də iştirak ediblər.
Kaxa Kaladze bildirib ki, son illər ərzində:
500-dən çox idman meydançası tikilib və bərpa olunub;
Yeni idman mərkəzləri inşa edilib;
850-dən çox maarifləndirici və gənclər layihəsi həyata keçirilib;
19 mindən çox sosial cəhətdən həssas tələbənin təhsili maliyyələşdirilib;
5000-ə yaxın magistr tələbəyə təqaüd verilib;
Tbilisidən minlərlə gənc yay düşərgələrində iştirak edib.