Baş nazir İrakli Kobaxidze Qazaxıstan parlamentinin sədri ilə görüşüb

73

Baş nazir İrakli Kobaxidze Qazaxıstan parlamentinin aşağı palatasının sədri Erlan Koşanovla görüşüb.

Görüşdə Gürcüstan və Qazaxıstan arasında dostluq münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Tərəflər parlamentlərarası əməkdaşlığın məhsuldarlığını və onun genişləndirilməsi perspektivlərini qeyd ediblər.

Xüsusi diqqət ticarət-iqtisadi əlaqələrin artan dinamikasına, nəqliyyat-logistika sahəsində əməkdaşlığa və Orta Dəhlizin əhəmiyyətinə yönəldilib.

İrakli Kobaxidze Gürcüstanın sülhün təşviqi istiqamətində atdığı addımlar barədə danışıb və Qazaxıstana ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə təşəkkür edib.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Baş nazir İrakli Kobaxidze təhsil islahatlarını universitet rektorları ilə müzakirə edib
Öncəki yazı
31 oktyabr tarixinə olan valyuta məzənnəsi məlumdur