Baş nazir İrakli Kobaxidze Ermənistanın daxili işlər naziri Arpine Sarkisyanla görüşüb

65

Gürcüstanın Baş naziri İrakli Kobaxidze rəsmi səfərlə Tbilisidə olan Ermənistan Respublikasının daxili işlər naziri Arpine Sarkisyanla görüş keçirib.

Görüş zamanı Gürcüstan və Ermənistan arasında mövcud olan dostluq və qonşuluq münasibətləri, eləcə də iki ölkənin hüquq-mühafizə orqanları arasında sıx və səmərəli əməkdaşlıq müzakirə edilib.

Tərəflər Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasının xüsusi əhəmiyyətini vurğulayıblar. Bu kontekstdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqların başa çatması müsbət qiymətləndirilib və yaxın gələcəkdə sənədin imzalanacağına ümid ifadə olunub.

Baş nazir Kobaxidze Gürcüstan hökumətinin regionda sabitlik və sülhün təmin olunması istiqamətində dialoqa dəstək verməyə hazır olduğunu bir daha bəyan edib.

Görüşdə Gürcüstanın daxili işlər naziri Qela Qeladze də iştirak edib.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfər edəcək
Öncəki yazı
İtkin düşən 25 yaşlı gəncin meyiti tapılıb