Baş nazir İrakli Kobaxidze Danimarkada keçirilən sammitdə iştirak edir

99

Baş nazir İrakli Kobaxidze Danimarkadadır.

O, Avropa Siyasi Birliyinin sammitində iştirak edir. Kopenhagendə keçirilən tədbirə Aİ-yə üzv və tərəfdaş olan 47 ölkənin lideri toplaşıb.

Avropa dövlətlərinin rəhbərləri və beynəlxalq institutların nümayəndələri siyasi dialoq və əməkdaşlığın gücləndirilməsi yolu ilə qitədə təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi barədə müzakirə aparacaqlar.

İrakli Kobaxidze isə “İqtisadi təhlükəsizlik – Avropa asılılıqlarının azaldılması” mövzusunda keçirilən diskussiyada çıxış edəcək.

Sammitdə iqtisadi təhlükəsizliklə yanaşı, Avropanın ümumi təhlükəsizliyi, hibrid təhdidlər və miqrasiya məsələləri də gündəmdədir. Gürcüstanın Baş naziri Kopenhagendə hökumət nümayəndə heyəti ilə birlikdə səfərdədir. Hazırda o, Danimarka kralı və kraliçasının adından liderlər üçün təşkil olunan rəsmi şam yeməyinə qatılır.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Avropa Şurası Parlament Assambleyasında (PACE) bu gün Gürcüstanla bağlı müzakirələr keçiriləcək – NƏLƏR GÖZLƏNİLİR ?
Öncəki yazı
Həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan şəxs saxlanılıb