Baş nazir İrakli Kobaxidze Çinin baş naziri Li Qianın dəvəti ilə Şanxaya səfər edəcək

37

Baş nazir İrakli Kobaxidze Çinin baş naziri Li Qianın dəvəti ilə Şanxaya səfər edəcək.

Hökumət administrasiyasının mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində İrakli Kobaxidzenin Çin baş naziri ilə görüşü nəzərdə tutulub.

“Bundan başqa, baş nazir Gürcüstanın bu il fəxri qonaq kimi iştirak etdiyi Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edəcək. Sərgidə 40-dan çox gürcü şirkəti təmsil olunacaq”, – məlumatda qeyd olunub.

Səfərdə İrakli Kobaxidze ilə birlikdə xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, maliyyə naziri Laşa Xuçişvili, Milli Bankın prezidenti, İnfrastruktur naziri və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak edəcək.

 

 

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
4 noyabr tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Partiyaların Birləşmə Planı – Müxalifət nə deyir?