Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Gürcüstan hökumətinin başçısını nümayəndə heyəti ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti öz iqamətgahında qəbul edib.
Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri və investisiya və iqtisadi əlaqələrin dərinləşməsinin müsbət dinamikası müzakirə olunub. Baş nazir qeyd edib ki, Gürcüstan hökuməti Birləşmiş Ərəb Əmirliklərinin investisiyalarını və ən böyük inkişaf və logistika şirkətlərinin Gürcüstana investisiya yatırmaqda marağını alqışlayır. Bu kontekstdə Abu Dabi Liman Qrupunun 2025-ci ildə rəsmi açılışı planlaşdırılan Tbilisi Quru Limanı layihəsinə böyük sərmayə qoyması, eləcə də ən böyük inkişaf şirkəti EMAAR ilə danışıqların uğurla başa çatması qeyd edilib.
Gürcüstan hökuməti strateji logistika və nəqliyyat layihələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün Abu Dabi Dövlət İnvestisiya Şirkəti ilə danışıqların davam etdirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə həmçinin regiondakı çağırışlar və sabitliyin xüsusi əhəmiyyəti müzakirə olunub.
Gürcüstanın baş naziri Birləşmiş Ərəb Əmirliklərinin prezidentini Gürcüstana rəsmi səfərə dəvət edib.