Another advertisement
Gürcüstanın baş naziri İrakli Kobaxidze təyyarə qəzası ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Baş nazirin başsağlığı məktubunda qeyd etdiyinə əsasən Gürcüstan hökuməti və gürcü xalqı qardaş Azərbaycan xalqının yanındadır.
“Gürcüstan hökuməti və gürcü xalqı adından sizə və Azərbaycan xalqına başsağlığı veririk. Bu kədərli gündə qardaş Azərbaycan xalqının yanındayıq və mərhumun ailə üzvlərinə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzu edirik. ”, – məktubda deyilir.