This is a specific ad

Baş nazir İrakli Ğaribaşvilinin qərarına əsasən, Marneuli Munisipalitetinə 4 yeni “ISUZU” markalı avtobus verilib.

21

Another advertisement

Marneulidə yeni avtobusların hərəkət marşrutları müxtəlif istiqamətlərdə, yol hərəkəti siyasətinə və vətəndaşların maraqlarına uyğun olaraq müəyyən ediləcək. EURO 5 standartları ilə təchiz edilmiş 8 metrlik avtobuslar 47 sərnişin üçün nəzərdə tutulub və sağlamlıq imkanları məhdud olan şəxslərə görə uyğunlaşdırılıb.

Tədbirdə – Gürcüstan Hökuməti Administrasiyasının, Regionlarla Əlaqələr Departamentinin rəhbəri Leri Barnabişvili, onun müavinləri: Merab Qamkrelidze və Zviad Çunaşvili, Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvili, Mtsxeta-Mtianeti üzrə dövlət nümayəndəsi Davit Nozadze, Samtsxe-Cavaxeti üzrə dövlət nümayəndəsi Besik Amiranaşvili və Munisipalitetlərin merləri iştirak ediblər.

Qeyd edək ki, baş nazirin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində 154 ədəd “ISUZU” markalı avtobusun alınması nəzərdə tutulur və ölkə üzrə 38 Munisipalitetə paylanacaq. Həmçinin “IVECO” firmasının 90-dək, 10 və 16 kubluq zibildaşıyan maşınları alınıb. Onlar da 49 Munisipalitetə veriləcək.

Kateqoriya: Maraqlı, Marneuli
Sonrakı yazı
რა სახის მომსახურება გაძვირდა ყველაზე მეტად ბოლო ერთი წლის განმავლობაში?
Öncəki yazı
ანაკლიის პორტის მშენებლობის დასაწყებად ბიუჯეტიდან მიიმართება 70 მილიონი ლარი