This is a specific ad

Baş nazir İrakli Ğaribaşvili “Son zəng” münasibətilə məzunları təbrik edib

87

Another advertisement

“Bu gün son “Son zəng”-i çalınacaq və gənc dostlarımı, sizi həyatınızda bu ən mühüm hadisə münasibətilə ürəkdən təbrik edirəm. Bu gündən qarşınızda tamamilə yeni mərhələ başlayır – yeni təcrübələr, münasibətlər, dostlar, gələcəyiniz və vətəniniz üçün məsuliyyət, ən əsası isə – yeni inkişaf perspektivləri başlayır.

Bu böyük yolda sizə uğurlar arzu edirəm. Əminəm ki, hər biriniz cəmiyyətdə layiqli yer tapacaqsınız, təhsiliniz, işiniz şəxsi yüksəlişiniz kimi ölkəmiz üçün də faydalı olacaq.

Bilməyinizi istəyirəm ki, hökumətimiz sizin təhsiliniz, özünüdərkiniz və ləyaqətli yaşamanız üçün hər cür şərait yaratmaq üçün hər şeyi edir.Siz xüsusi nəsilsiniz və inanıram ki, belə bir xüsusi gələcək yaradacaqsınız!”- deyə baş nazir İrakli Ğaribaşvili rəsmi səhifəsində yazıb

Kateqoriya: Gündəm
Sonrakı yazı
Giga Otxozorinin qətlindən 7 il ötür
Öncəki yazı
ADA-nın Qazax Müəllimlər Seminariyasına qəbul olan 34 gələcək müəllim – ƏTRAFLI