This is a specific ad

Baş nazir İkinci Dünya müharibəsində həlak olanların xatirəsini ehtiramla yad edib

46

Another advertisement

Baş nazir İrakli Kobaxidze faşizm üzərində qələbənin 79-cu ildönümü ilə əlaqədar veteranların mədəniyyət və istirahət parkında Meliton Kantarianın büstünü əklillə bəzəyib və İkinci Dünya Müharibəsində həlak olanların xatirəsini ehtiramla yad edib.

QafqazTürk.com xəbər verir ki,bu barədə Hökümət Administrasiyası məlumat yayıb.

Hökumət başçısı parlamentin sədri Şalva Papuaşvili, Tbilisinin meri Kaxa Kaladze, icraçı və qanunverici hakimiyyətin üzvləri ilə birlikdə veteranların mədəniyyət və istirahət parkında olub.

İrakli Kobaxidze parka toplaşan İkinci Dünya Müharibəsinin veteranlarını faşizm üzərində qələbənin 79-cu ildönümü münasibətilə təbrik edib.

Qyed edək ki, hökumətin sərəncamı ilə , faşizm üzərində qələbənin 79-cu ildönümü ilə əlaqədar İkinci Dünya müharibəsinin iştirakçıları sosial yardım şəklində birdəfəlik 2000 lari pul alacaqlar, İkinci Dünya müharibəsində həlak olanların ailə üzvləri isə 1000 lari alacaqlar.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir
Öncəki yazı
Aksiyalar zamanı polisə hücum etmək və əmlaka ziyan vurmaq ittihamı ilə 6 nəfər saxlanılıb