“Hər bir vətəndaşın bərabər inkişaf şəraitini təmin etmək və dövlətin xüsusi diqqətinə və qayğısına ehtiyacı olan insanlar üçün çıxış imkanlarını artırmaq dövlətin borcudur”.
QafqazTürk xəbər verir ki, bu Baş nazir bu barədə sosial şəbəkə hesabında yazıb.
Hökumət başçısının sözlərinə görə autizm haqqında məlumatlılığın artırılmasında cəmiyyətin rolu və fəal iştirakı çox vacibdir ki, bu da son vaxtlar daha çox nəzərə çarpır.
“Bu gün bütün sivil dünya Ümumdünya Autizm Maarifləndirmə Gününü qeyd edir.
Hər bir vətəndaşın bərabər inkişaf şəraitini təmin etmək, dövlətin xüsusi diqqətinə və qayğısına ehtiyacı olan insanların çıxış imkanlarını artırmaq dövlətin borcudur. Eyni zamanda, son vaxtlar getdikcə nəzərə çarpan autizm haqqında məlumatlılığın artırılmasında cəmiyyətin rolu və fəal iştirakı çox vacibdir.
Biz hamımız birlikdə həmvətənlərimizin sağlamlığının, təhsilinin və məşğulluq hüquqlarının qorunmasının qayğısına qalmalıyıq və birlikdə hamı üçün daha yaxşı mühit yaratmalıyıq”, – deyə Baş nazir bildirib.