This is a specific ad

Baş nazir: “Həlak olan vətəndaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verirəm”

39

Another advertisement

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili təbii fəlakət nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

“Bu böyük faciə nəticəsində çox təəssüf ki, həlak olan vətəndaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bir daha onların kədərini bölüşürəm. Bu, çox ciddi faciədir və bütün xalq onun ətrafında birləşib”, – Ğaribaşvili bildirib.

Onun sözlərinə görə, 210 vətəndaş təhlükəsiz şəkildə təbii fəlakət zonasından çıxarılıb

“Mən dünəndən yaradılmış operativ qərargahda məlumatı eşitdim. Dərhal 400-dən çox xilasedici göndərilib və işə başlayıb. 210 vətəndaşımız təhlükəsiz şəkildə təbii fəlakət zonasından çıxarılıb. Gecə saatlarında polisimiz və xilasetmə xidmətlərimiz maksimum dərəcədə səfərbər olub. Hələ də fəlakət zonasında olan vətəndaşlarımızdan heç biri diqqətdən kənarda qalmayıb. Bir daha qəhrəman xilasedicilərimizə təşəkkür etmək istəyirəm”, – deyə İrakli Ğaribaşvili bildirib.

Onun sözlərinə görə, belə kataklizmlər, faciələr, təbii fəlakətlər bütün ölkələrdə olur və indi bunun qarşısını almaq mümkün olan hər hansı söhbət çox qeyri-ciddidir.

“Hamınızdan bir şeyi xahiş etmək istəyirəm, belə çətin anlarda gəlin hamımız birləşək, həmrəylik bildirək və bu ailələr üçün dua edək”, – İrakli Ğaribaşvili bildirib.

Sonrakı yazı
აზერბაიჯანის საგარეო უწყების ხელმძღვანელი: “აზერბაიჯანი მზად არის, საქართველოს გაუწიოს ყველანაირი დახმარება სამაშველო ღონისძიებებსა და სტიქიის შედეგების აღმოფხვრაში”
Öncəki yazı
Zurab Azaraşvili: “Səfərbərlik briqadaları həm təbii fəlakət bölgəsindən təxliyyə edilən vətəndaşlara, həm də itkin düşənlərin ailə üzvlərinə tibbi xidmət göstərir” – ƏTRAFLI