Another advertisement
Gürcüstanın ukraynalaşdırılması, ikinci sınaq meydançasına çevrilməsi planı iflasa uğrayıb.
QafqazTürk xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.
Onun sözlərinə görə, Ukraynada müharibəni heç kim dayandıra bilməyəcək və ölkə ərazisinin 20%-dən çoxu təlim poliqonuna çevrilib.
“Ölkədə sülh və sabitlik olmadan heç nə baş verməyəcək. Dünya çox çətin vəziyyətdədir. İkinci Dünya Müharibəsindən sonra Avropada belə bir problem olmamışdı. Söhbət Ukraynada baş verənlərdən gedir və biz görürük ki, müharibə sadəcə olaraq dayanmır, Ukrayna ərazisinin 20%-dən çoxu təlim poliqonuna çevrilib və dağıdıcı müharibə gedir. Şəhərlər, kəndlər, rayonlar yerlə-yeksan edilib, buna mane olan yoxdur”, – deyə Qaribaşvili bildirib.