Baş Nazir: “Gürcüstanda təkrar seçkilər baş tutmayacaq”

34

Another advertisement

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifətin ölkədəki parlament seçkilərində pozuntuların olması ilə bağlı ittihamlarını rədd edib və təkrar seçkilərin olmayacağını bildirib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Prezident Salome Zurabişvili və saxtakarlıq faktlarını açıq şəkildə bəyan edən müxalifət liderləri prokurorluqla əməkdaşlıqdan imtina edir və yeni seçkilərin keçirilməsini tələb edirlər.

“Tezliklə Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrinə yekun vuracaq. Bundan sonra parlamentin ilk iclası keçiriləcək və hökumət üzvləri təsdiqlənəcək” , – deyə İrakli Kobaxidze ifadə edib.

Qeyd edək ki, Gürcüstan MSK-nın məlumatına görə, 26 oktyabrda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyası qalib gəlib.

Sonrakı yazı
Qəzza zolağında hər gün 60-dan çox uşaq ölür
Öncəki yazı
Zəfərin mübarək, can Azərbaycan!