Another advertisement
Gürcüstan-Rusiya münaqişəsinin sülh yolu ilə həlli Gürcüstan hökumətinin prioritetlərindən biri olaraq qalır.
QafqazTürk.com xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze parlamentdə illik hesabatla bağlı çıxışı zamanı deyib.
“Çətin hadisələr fonunda biz Gürcüstanın dövlət suverenliyini möhkəmləndirə bildik. Gürcüstan parlamentinin qəbul etdiyi “Xarici agentlər haqqında” qanun Gürcüstanın dövlət müstəqilliyinin və suverenliyinin daha da möhkəmləndirilməsinə xidmət edib”, – deyə İrakli Kobaxidze bildirib.