Baş nazir: Gürcü Arzusu “xarici agentlər” qanununa qayıtmağı planlaşdırmır

1

“Gürcü Arzusu” “xarici agentlər” qanununa qayıtmağı planlaşdırmır,” – QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri İrakli Ğaribaşvili məlumat verib.

Ğaribaşvili jurnalistlərə açıqlamasında bildirib ki, “xarici agentlər” qanunu məsələsi bağlanıb.

“Bu məsələ bizim Avropa və Amerikalı dostlarımız arasında hallanırdı. Mən onlara komandamız adından açıqladım ki, “Gürcü Arzusu” “xarici agentlər” qanununa qayıtmağı planlaşdırmır. Bu məsələ bağlanıb və biz bu məsələyə bir daha qayıtmayacağıq”, – Baş nazir bəyan edib.

0
0
Sonrakı yazı
Təhsil və Elm Nazirliyi: “Qeyri-gürcü dilli sektorun müəllimləri 2025-2026-cı tədris ilinin sonuna qədər təcrübəçi statusunu qoruyacaq”
Öncəki yazı
Aİ ölkələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketini razılaşdırıb