• 30 Noyabr 2023 02:13

Baş nazir Ğaribaşvili Şarl Mişellə görüşdü

Avatar photo

ByHacı Xəlilzadə

Apr 25, 2023

Belçikada səfərdə olan Gürcüstanın baş naziri İrakli Ğaribaşvili paytaxt Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşüb.

QafqazTürk.com xəbər verir ki, Ğaribaşvili bu barədə sosial şəbəkə hesabında yazıb.

“Şarl Mişellə məhsuldar görüş keçirdik. Əlaqələrimizi gücləndirməyə davam edirik. 12 tövsiyəni yerinə yetirməyə qərarlıyıq və bu il namizəd statusu almağa layiqik. Birlikdə regionda sülhü, demokratiyanı və iqtisadi inkişafı təşviq edəcəyik”, – deyə Baş nazir qeyd edib.

23550cookie-checkBaş nazir Ğaribaşvili Şarl Mişellə görüşdü