• 01 Dekabr 2023 17:42

Baş Nazir: “Dərman, ərzaq və yanacağın qiymətləri ucuzlaşmaqda davam edir”

Avatar photo

ByHacı Xəlilzadə

Apr 3, 2023

“İqtisadiyyat tarixi maksimumdadır, işsizlik, yoxsulluq tarixi minimumdadır”.

QafqazTürk xəbər verir ki, bu barədə Baş nazir İrakli Ğaribaşvili hökumət iclasında bildirib.

Onun sözlərinə görə ümumdaxili məhsul və bütövlükdə ölkə iqtisadiyyatı ən yüksək həddədir.

“Adambaşına düşən rəqəm də tarixi maksimumdadır. Bu rəqəm bu il artıq 8000 dollara çatacaq. İşsizlik və yoxsulluq hazırda ən aşağı həddədir. Bununla yanaşı, dərman, ərzaq və yanacağın qiymətləri ucuzlaşmaqda davam edir”, – deyə Baş nazir qeyd edib.

2650cookie-checkBaş Nazir: “Dərman, ərzaq və yanacağın qiymətləri ucuzlaşmaqda davam edir”

Bir cavab yazın