This is a specific ad

Baş Nazir: “Azlığa qarşı zorakılığa yol verməyəcəyimiz kimi, azlığın da çoxluğa qarşı zorakılığına icazə verməyəcəyik”

20

Another advertisement

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Budapeştdə mühafizəkar siyasi fəaliyyətin illik konfransında çıxış edib. Çıxışı zamanı baş nazir qeyd edib ki, nə çoxluğun azlığa, nə azlığın çoxluğa şiddət etməsinə izin verməyəcik.

“Heç kimin maraqları başqalarının maraqları ilə məhdudlaşdırılmamalıdır. Biz hər bir vətəndaşımızın hüququna hörmətlə yanaşır və bunu öz əməlimizlə sübut edirik.

2014-cü ildə, bir tərəfdən, Aİ-nin Viza Liberallaşdırılması üzrə Fəaliyyət Planının tələblərinə uyğun olaraq və vətəndaş məsuliyyəti hissi ilə biz hər bir vətəndaşın Konstitusiya ilə təmin edilmiş hüquqlarını ayrılmaz şəkildə qoruyan, eyni zamanda ayrı-seçkiliyə qarşı qanun qəbul etdik. Həmçinin biz çoxluğun hüquqlarını qoruyuruq, hansı kı onlar üçün ailə qadın və kişi birliyidir. Ana qadın, ata isə kişidir.

Cəmiyyətimizin böyük əksəriyyəti ənənəvi, mühafizəkar ailə dəyərlərini bölüşür. Bu dəyərlər təkcə keçmişin mirası deyil. Bu, indi də davam edən mühitdir – böyüdüyümüz və uşaqlarımızı böyütmək istədiyimiz mühitdir.

Mən dörd uşaq atasıyam və gürcü valideynlərin əksəriyyəti ilə birlikdə valideynlərimizin bizi böyütdüyü kimi, gələcək nəsillərimi də xristianlığa əsaslanan unikal dəyərlər üzərində böyütmək istəyirəm. Ona görə də hər kəsin hüquqlarını qoruyacağıq. Amma azlığa qarşı zorakılığa yol verməyəcəyimiz kimi, azlığın da çoxluğa qarşı zorakılığına icazə verməyəcəyik.” – Baş nazir çıxışı zamanı qeyd edib.

Sonrakı yazı
Ərdoğan: “Bizə “bacarmazsınız” deyənləri, ayağımıza dolaşanları peşman etdik”
Öncəki yazı
Ceyms Appaturay – Buxarestin Gürcüstanın NATO-ya üzv olacağı ilə bağlı bəyanatı qüvvədə qalacaq