This is a specific ad

Baş nazir Avstriya, Çexiya və Slovakiya parlamentlərinin sədrləri ilə görüşüb

60

Another advertisement

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avstriya Respublikası parlamentinin sədri Volfqanq Sobotka, Çexiya parlamentinin sədri Marketa Perakova Adamova və Slovakiya Respublikası parlamentinin sədri Boris Kolar ilə görüşüb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Hökumət Administrasiyası məlumat yayıb.

Məlumata görə tərəflər Gürcüstan və Avstriya, Çexiya və Slovakiya respublikaları arasında dostluq və geniş əməkdaşlıq əlaqələrini nəzərdən keçiriblər.

Görüşdə ikitərəfli münasibətlərin möhkəmlənməsinə təkan verməklə yanaşı, adları çəkilən ölkələrin parlament sədrlərinin Gürcüstana “Slavkov formatı” çərçivəsində səfərləri də onların dəstəyinin təzahürü olduğu vurğulanıb.

Ğaribaşvili ölkələrin siyasi və praktiki dəstəyi Gürcüstana Avropa İttifaqına daxil olmağın növbəti mərhələlərində kömək edəcəyinə ümidvar olduğunu bildirib.

Gürcüstanın ilin sonunda namizəd statusunu gözləməsi və ölkənin 12 prioriteti əhatəli, ardıcıl və şəffaf şəkildə yerinə yetirməsinə diqqət yetirilib.
Bildirilib ki, Gürcüstan Avropa İttifaqının etibarlı tərəfdaşı və təhlükəsizlik müttəfiqi olaraq qalmaqdadır.

Baş nazirin sözlərinə görə, Gürcüstan namizəd statusu almağa layiqdir ki, bu da özlüyündə qütbləşməni azaldacaq və ölkənin sabit inkişafına töhfə verəcək.

Söhbət zamanı Avro-Atlantik inteqrasiya və Qara dənizin təhlükəsizliyi məsələlərinə də toxunulub.
Görüşdə işğal olunmuş ərazilərdəki vəziyyətə diqqət yetirilib.
Hökumət başçısı Avstriya, Çexiya və Slovakiya Respublikalarının parlament sədrlərinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyə və tanınmamaq siyasətinə görə minnətdarlığını bildirib.
Onların Aİ-nin monitorinq missiyasına töhfələri qeyd olunub.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Polşada 4 Gürcüstan vətəndaşı həbs edildi
Öncəki yazı
Axalkalakidə avtomobil 80 yaşlı qadını vurub