This is a specific ad

Baş nazir: Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur

44

Another advertisement

Avropa Parlamentinin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün heç bir dəyəri yoxdur.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

“Viza liberallaşdırılması, LGBT təbliğatına qoyulan qadağa Mixail Saakaşvilinin azadlığa buraxılması ilə bərabər tutulur. Şantaj dilinin gürcü xalqı üçün keçərli olmadığı hələ 2022-ci ildə bəlli oldu. Konkret qüvvələr, o cümlədən avroparlamentarilər bilirdilər ki, Gürcüstan Avropa İttifaqına namizəd ölkə statusu almayacaq. Bununla bağlı cəmiyyətdə mənfi zəmin yaradırdılar. Sonra Gürcüstana qarşı üç müxtəlif qətnamə qəbul etdilər, onların təhdidlərinə baxmayaraq, ölkə bu statusu aldı”, – deyə İrakli Kobaxidze bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Qətlə yetirilən Aytac Şahmarovanın anası və dayısı ilə bağlı məhkəmə yekun qərar verəcək
Öncəki yazı
Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib