Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Toplantısı çərçivəsində “Dünya bizi risklər, dözümlülük və sədaqətlik üzərində sınadığı zaman demokratiyanı necə təmin etmək olar?” adlı dəyirmi masada iştirak edib.
Gürcüstanın baş naziri dünyanın üzləşdiyi çağırışlardan və onların həlli zərurətindən danışıb.
Baş naziri çıxışı zamanı qeyd edib ki, mövcud çağırışlara baxmayaraq, Gürcüstanda demokratiya davamlıdır, çünki ölkə demokratiyanın əsasını təşkil edən dəyərlərə – azadlıq, bərabərlik və qanunun aliliyinə sadiqdir.
İrakli Ğaribaşvili hökumətin demokratik təsisatların və insan hüquqlarının qorunması istiqamətində gördüyü səylərdən danışıb və açııqlayıb ki, bu səylər Gürcüstana namizəd statusunun verilməsi üçün müəyyən edilmiş 12 prioritetlə tam uyğundur və Gürcüstanın bu sahədə artıq əldə etdiyi xüsusi irəliləyişlər əldə edib.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.