Another advertisement
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Almaniyaya səfər edəcək.
QafqazTürk.com xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, iyunun 9-da baş tutacaq səfər çərçivəsində Ğaribaşvili Berlində Almaniya kansleri Olaf Şoltsla görüşəcək.
Məlumata görə, tərəflər xarici siyasət və təhlükəsizlik məsələləri, Avropa siyasəti məsələləri, həmçinin iqtisadi əməkdaşlığı müzakirə edəcəklər.