İrakli Kobaxidze Almaniya Bundestaqının qətnaməsini ədalətsiz adlandırıb.
QafqazTürk Media xəbər verir ki, bunu baş nazir özü bildirib.
Onun sözlərinə görə, Almaniya Bundestaqının qətnaməsinin ədalət və prinsiplərlə heç bir əlaqəsi yoxdur:
“Bu qərar çox təəssüf doğurur. Bundestaqın bu ölkədə demokratik keçid edən insanları yenidən cəzalandırmağı tələb edən qətnamə qəbul etməsi, cinayətkarları qoruması, LGBT təbliğatına qarşı qanun qəbul olunmasını tələb etməsi heyrətləndiricidir”.