“ABŞ senatoru Cin Şahin və konqresmen Mayk Törnerlə görüşdə mən bir daha Gürcüstanın ikitərəfli əlaqələri gücləndirmək üçün əlaqələrimizi və əməkdaşlığımızı yeniləməyə və yenidən başlamağa hazır olduğunu qeyd etdim”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazır.
Hökumət başçısı qeyd edir ki, senator Şahin və konqresmen Törnerlə maraqlı görüş keçirilib.
“Mən ABŞ senatoru Cin Şahin və konqresmen Mayk Törnerlə maraqlı görüş keçirdim. Görüşdə Gürcüstan və Amerika Birləşmiş Ştatları arasında münasibətləri müzakirə etdik. Mən bir daha qeyd etdim ki, Gürcüstan ikitərəfli əlaqələri gücləndirmək, regionda və ondan kənarda daha çox inkişaf, firavanlıq, sülh və təhlükəsizliyi təşviq etmək üçün əlaqələrimizi və əməkdaşlığımızı yeniləməyə və yenidən başlamağa hazırdır”, – deyə baş nazir bildirib.