Another advertisement
ABŞ Gürcüstan vətəndaşlarına sanksiyalar tətbiq etməklə, kritik həddə daha da yaxınlaşıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə ölkənin Baş nazir İrakli Kobaxidze deyib.
“Oxşar bir qərar qəbul edilərsə, Gürcüstan-ABŞ əlaqələrinə dair mövqeyimiz yenidən nəzərdən keçirilə bilər”, – Kobaxidze bildirib.
Baş nazir əlavə edib ki, ABŞ seçkilər öncəsi müxalifətin şanslarını artırmaq istəyir, lakin bu addımlar əks effekt verir, çünki sanksiyalar hakim partiyanı qorxutmayacaq.